"Türkiyəyə maliyyə vəsaiti ayırmağa hazıram" - Angela Merkel
Almaniya kansleri Angela Merkel Suriyalı miqrantlar üçün Türkiyəyə yeni maliyyə yardımı edə biləcəklərini bildirib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Xorvatiya prezidenti Andrej Plenkoviç ilə Zaqrebdə təşkil ediləm ortaq mətbuat konfransında danışan Merkel təxminən 3,5 milyon miqranta ev sahibliyi edən Türkiyəyə bu miqrantların saxlanma xərcləri üçün lazım olsa bir dəfə də maliyyə yardımı edə biləcəklərini qeyd edib. O, "Məsələn mən buna hazıram" deyə vurğulayıb.
Həmçinin Merkel Plenkoviç ilə görüşündə Avropa Birliyi sərhədlərinin qorunması çərçivəsində Türkiyə ilə AB arasında imzalanan miqrant razılaşmasının da müzakirə edildiyini qeyd edib.
Qeyd edək ki, Angela Merkel 2016-cı ildə Türkiyəyə miqrantlar üçün 6 milyon avro maliyyə vəsaiti ayırmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət