Dərc edildi: Baxış sayı: 710
2019-cu ildə Türkiyəyə aviabiletlərin qiymətində 30-50% bahalaşma ola bilər
"Kommersant.az"ın xəbərinə görə, Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib ki, bahalaşma rusiyalı turistlərin Türkiyəyə axınının artması ilə bağlıdır:
"Bu yay rusların Türkiyə istirahət məkanlarına rekord axını qeydə alınıb. Türkiyə hökuməti növbəti il də böyük gəlir əldə etmək istəyəcək. Bu baxımdan qiymətlərdə artım gözlənilir", - Lomidze qeyd edib.
Xatırladaq ki, bu ilin oktyabrında Rusiya Tur Operatorları Assosiasiyası məlumat yaymışdı ki, Türkiyəyə olan turların qiymətinin bahalaşması avroya görə olacaq. Lakin bu, turpaketlərin qiymətinə ciddi şəkildə təsir göstərməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət