Slimfit
  1. MƏDƏNİYYƏT

Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: 'Dolma türk yeməyidir və adı doldurmaq sözündən götürülüb'

Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: 'Dolma türk yeməyidir və adı doldurmaq sözündən götürülüb'
Sakura

Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: 'Dolma türk yeməyidir və adı doldurmaq sözündən götürülüb'

"Dolma türk mətbəxinə məxsusdur. Bu yeməyin adı türkcə doldurmaq sözündən götürülüb. Ona görə də ermənilərin "dolma bizimdir" deyərək hay-küy salmaları səhv addımdır".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz deyib.  

O bildirib ki, ermənilərlə türklər arasında tarix boyu yaşanan coğrafi bərabərliyi ermənilərin separatçı ideyaları parçalayıb: "Ermənilərlə türklər XX əsrin əvvəllərinədək iki qardaş kimi yaşayıblar. Ermənilər aşuk dedikləri musiqiçilər bizim aşıqlarla eyni yerlərdə eyni hekayələri anladıblar. Erməni aşuqlarının hekayələri ilə türk və azərbaycanlı aşıqların hekayələri oxşar olub. Bizim tarixdə coğrafi bərabərliyimiz olub. Lakin XX əsrdə ermənilər bu bərabərliyi parçalayıblar".

Türkiyəli professor UNESKO-da lavaşla bağlı mübahisəyə də toxunub: "UNESKO-da lavaşla bağlı xüsusi sənəd var. Ermənilər lavaşa iddia edəndə bütün türk dünyası bir araya gələrək bu nemətin türklərə məxsus olduğunu bəyan və sübut etdi".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR