Dərc edildi: Baxış sayı: 318
Türkiyənin Pervari şəhərində komendant saatı elan edilib, bəzi şəhərlərdə iğtişaşlar törədilib - VİDEO
Türkiyənin Van və Bitlis şəhərlərində aprelin 3-dən aprelin 17-dək nümayişlərin açıq toplantıların keçirilməsinə 15 gün müddətində qadağa qoyulub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bundan əlavə Siirt vilayətinin Pervari şəhərində komendant saatı elan edilib.
Qadağaların tətbiqinə bu gecədən etibarən bir qrup şəxsin Türkiyənin müxtəlif şəhərlərində aksiyalar keçirməsi səbəb olub.
Onlar seçkiyə, xüsusən Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM Partiya) olan namizəd Abdullah Zeydanın seçki komissiyasının qərarı ilə nəticələrin ləğv olunmasına etiraz ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət