Slimfit
  1. SİYASƏT

Türkiyənin köşə yazarı: “İlham Əliyevlə debatda Nikol Paşinyan özünü gülməli vəziyyətə saldı”

Türkiyənin köşə yazarı: “İlham Əliyevlə debatda Nikol Paşinyan özünü gülməli vəziyyətə saldı”
Sakura

Türkiyənin köşə yazarı: “İlham Əliyevlə debatda Nikol Paşinyan özünü gülməli vəziyyətə saldı”

Türkiyənin məşhur “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer fevralın 18-də dərc edilən məqaləsini Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debata həsr edib.

Report” xəbər verir ki, məqalədə debatın bütün dünyanın diqqətini cəlb etdiyi vurğulanıb. 

Müəllif yazır: “Fevralın 14-16-da keçirilən Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında moderatorun aparıcılığı ilə təşkil edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə bütün dünyada diqqət mərkəzində oldu. İlham Əliyevin ingilis dilini yüksək səviyyədə bilməsi və mövzulara hakim olması ona xeyli xal qazandırdı. Paşinyan isə “həvəskar” siyasətçi olaraq gözə dəydi. İngilis dilini çox pis bilməsinə baxmayaraq, o, bu dildə danışmağa çalışdı. Ümumilikdə bunu bildirmək olar: Azərbaycan Prezidenti ilk dəfə bu qədər geniş bir platformada ölkənin haqlı olduğunu açıq şəkildə göstərə bildi. Paşinyan isə yeni bir şey söyləmədi və hətta, erməni şərhçi və ekspertlərin dediklərinə görə, bu görüş Ermənistan haqqında pis təsəvvürlər yaratdı. Paşinyan populist siyasətçi kimi idi... Ölkəsində şərhçilər tərəfindən Ermənistan baş nazirinə “xam siyasətçi” rəyi verildi. Əliyev və Paşinyan arasında siyasi savadlılıqda da böyük bir fərq olduğu diqqət çəkdi. Biri beynəlxalq hüquqa istinadən edərkən, digərinin eramızdan əvvəlki tarixi hadisələri misal çəkməsi qəribə qarşılandı və bununla özünü gülməli vəziyyətə saldır. Beynəlxalq müşahidəçilər, xüsusilə də erməni şərhçilərə görə, Əliyevin çıxışlarının uğurlu olması Dağlıq Qarabağ müzakirələrinə yeni bir forma verəcək və problemin həlli üçün bir növ ümid yaradacaq”. 

Məqalədə İzmirdə yerləşən Ege Universitetinin professoru Aydın İbrahimovun və Yerevanda yaşayan jurnalist Artak Vardanyan da fikirlərinə yer verib.

Artak Vardanyan deyib: “Nikol Paşinyan 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Yerevan Universitetinin Filologiya fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb. Siyasi fəaliyyətinə görə təhsil ocağından qovulub. Tarixi bilmir, münaqişədən (Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutur - "Report") xəbəri yoxdur. Son iki ildə baş nazirdir, ancaq hələ də özünü 3-cü sinif küçə siyasətçisi kimi populist aparır. Bütün bilikləri olduqca bəsitdir”. 

hurriyet.com.tr
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR