Slimfit
  1. TÜRKİYƏ

Türkiyənin ən böyük məscidi ibadətə açılıb

Türkiyənin ən böyük məscidi ibadətə açılıb
Sakura

Türkiyənin ən böyük məscidi ibadətə açılıb

İstanbulun ən yüksək təpəsi olan Çamlıcada 2013-cü ildən inşasına başlanılan Çamlıca məscid kompleksi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, eyni vaxtda 63 min insanın ibadət edəcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcada bu gün ilk azan oxunub və ilk namaz qılınıb.

Kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da yer alır.

İstanbulun simvollarından biri olacaq kompleks Osmanlı-Səlcuqlu memarlıq tərzində inşa edilib. Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsi 107,1 metr, digər ikisi isə 90 metr hündürlüyündədir. Məscidə 17 min kvadratmetrlik xüsusi hazırlanmış xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri - kündekari işçilik adlandırılan mismarsız sistemlə hazırlanıb.

Məscidin açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Binəli Yıldırım iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR