Türkiyənin Baş Ombudsmanı: "Gəncədə törədilənlər vəhşilikdir"
“Bu gün Gəncədə sizləri ziyarət etmək tək məqsədimizdir”.
Ens.az APA-nın yerli bürosunun məlumatına istinadən xəbər v erir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç deyib.
Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində dağılan əraziyə baş çəkən Ş.Malkoç törədilənləri vəhşilik adlandırıb:
“Soyqırım nəticəsində günahsız insanlara, sivil insanlara, uşaqlara gecə saatlarında atılan bombalar var. Savaş dünya qurulduğundan bəri həmişə var, kaş ki, olmayaydı. Amma savaşın yeri bəllidir, savaş ərazilərində. Mülki əhalinin üzərinə bomba atmaq, onları gecə qaranlığında öldürmək cinayətdir, vəhşilikdir. Bu, heç vaxt bağışlanılmayıb. Bu səhvləri edənlər, günahsız insanları öldürənlər hüquq qarşısında hesab verəcəklər. Bu gün olmasa da, sabah cabah verəcəklər. Tarix bunun şahididr. Biz Türkiyə ombudsmanları olaraq Azərbaycan ombudsmanlığı ilə həmrəyik".
Ş.Malkoç bildirib ki, Gəncədə keçirilən monitorinqlərdən sonra hazırlanacaq hesabat Türkiyədəki insan haqları qurumlarına, daha sonra dünyadakı insan haqları qurumlarına, bütün ombudsmanlara göndiləcək.
Türkiyənin Baş Ombudsmanı bildirib ki, ermənilər Qarabağı və ətraf 7 rayonu işğal ediblər: “Bu işğal 30 ildir davam edir. BMT və digər beynəlxalq qurumlar bu sahədə iclasdan başqa heç nə etməyiblər. Məsələnin həlli üçün ciddi bir addım atmayıblar. 30 il davam edən bu münaqişənin daha 30 il davam etməsi mümkün deyil. Bu baxımdan Azərbaycanın beynəlxalq hüquqlara uyğun olaraq öz torpaqlarını müdafiə etməsini insan haqları qurumu olaraq ürəkdən dəstəkləyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət