Slimfit
  1. GÜNDƏM

Türkiyənin baş ombudsmanı: Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər

Türkiyənin baş ombudsmanı: Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər
Sakura

Türkiyənin baş ombudsmanı: Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər

Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxalq qurumlar həll etməlidir, ancaq onların belə bir niyyətləri yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş ombudsmanı Şeref Malkoç “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub. Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında təkcə ticarət, iqtisadi, mədəni bağlılıq yox, sevgi bağlılığı var.

Ş.Malkoç Türkiyə təcrübəsindən danışaraq əlavə edib ki, burada ombudsmanların verdiyi qərar önəmlidur və bu qərarların 70 faizi icra edilir.

O, verdikləri qərarların icrasını yoxladıqlarını və bunu nəzarətdə saxladıqlarını söyləyib.

Ş.Malkoç ədalətin bərpasında ombudsmanların xüsusi rolunun olduğunu da söyləyib: "Dünyada çox haqsızlıq var, bunun yolu ədalətdən keçər. Bu baxımdan ombudsmanların toplaşaraq problemləri birgə həll etməsi vacibdir. Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa, onda ədalət daha tez bərpa olunar. Bu haqsızlıqları bərabər aradan qaldırmalıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR