Slimfit
  1. SİYASƏT

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
Sakura

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib

Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya  zəng edib. 

Ens.az xəbər verir ki,Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.

Türkiyənin Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir.         

Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR