Türkiyənin Azərbaycandakı səfirinə "Neftçi"nin forması təqdim olunub
Azərbaycan Premyer Liqasının IX turunda "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Qarabağ” oyununa VİP-qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəvət olunub.
"Report" "Neftçi" klubunun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev matçın fasiləsində oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi "lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandanın formasını hədiyyə edib.
Qarşılaşmadan məmnun qaldığını bildirən E.Özoral "Neftçi” və Türk Hava Yolları arasındakı əməkdaşlığın, Türk Hava Yollarının "Neftçi” timsalında Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət