Dərc edildi: Baxış sayı: 737
Türkiyənin 7 vilayətinə giriş-çıxış qadağası bu gecədən ləğv olunur
“Bu gecədən 7 vilayətimiz - Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılacaq”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVİD-19) bağlı nazirlərilə keçirilən videokonfransdan sonra belə bildirib.
Türkiyə Prezidenti deyib ki, indiyədək giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 24-də isə bu məhdudiyyət 15 gün davam edəcək.
R.T.Ərdoğan İstanbul, Ankara və İzmirdəki xidmət taksilərinin tək və cüt nömrə ilə fəaliyyət göstərməsi qərarının 5 maydan ləğv olunduğunu da bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət