Slimfit
  1. DÜNYA

Türkiyəli rəsmi Ermənistana yardım məsələsi barədə: Ərdoğan tapşırdı ki

Türkiyəli rəsmi Ermənistana yardım məsələsi barədə: Ərdoğan tapşırdı ki
Sakura

Türkiyəli rəsmi Ermənistana yardım məsələsi barədə: Ərdoğan tapşırdı ki

Müxbir.TV xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın canlı yayımda ölkəsinin xarici ölkələrə yardımları barədə danışıb.

Qeyd edək ki, İ.Kalın 11 apreldə “Ülke TV”-nin canlı yayımlanan “Uluslararası gündem” verilişinin qonağı olub.

Aparıcı dünyanın çətin günlər yaşadığını, Türkiyənin səhiyyə sisteminin dimdik ayaqda qaldığını, amma ABŞ və Avropada bir çox ölkənin səhiyyə sisteminin çökmə ilə üz-üzə qaldığını deyib və bu fonda Türkiyənin yardım fəaliyyətlərinin diqqət çəkdiyini əlavə edib. Türkiyənin öncələr də, məxsusən də indiki zamanda – COVID-19 pandemiyasının tuğyan etdiyi bir zamanda bir çox ölkəyə kömək etdiyini və bunun gözəl bir örnək olduğunu qeyd edən aparıcı ABŞ və hətta İsraildən də yardım sorğusunun daxil olduğunu deyib və İ.Kalının buna münasibət bildirməsini xahiş edib.

İ.Kalın ilk olaraq Türkiyədə bu virusdan dünyasını dəyişənlərə Allahdan rəhmət, müalicə alanlara isə şəfa diləyib.

“Yardımlar məsələsinə gəlincə, bəli, doğrudur. İndiyə qədər təxminən 100 ölkədən Türkiyəyə yardım istəyi sorğusu daxil olub. Biz insani yardımlar məsələsində, həmd olsun, (ümumi) milli gəlirə nisbətdə 1 nömrəyik. Uzun zamandır bu məsələdə birinci yerdəyik“, – Türkiyə prezidentinin mətbuat katibi bildirib.

O qeyd edib ki, Türkiyə bütün imkan və qabiliyyətlərini səfərbər edərək dünyadakı məzlumların dadına çatıb.

“Burada da (son hadisələrin fonunda – red.) oxşar fəaliyyətlərin, mənzərənin olduğunu görürük“, – o əlavə edib.

Daha sonra o deyib ki, koronavirus epidemiyası ilə bağlı indiyədək Türkiyə ən azı 10-12 ölkəyə yardım göndərib. Həmin ölkələr arasında İspaniya, İtaliya, Böyük Britaniya, Kosova, Makedoniya, Bosniya, Çernoqoriya, həmçinin Azərbaycan, Qətər və digər ölkələr də var.

“Macarıstan, Polşa, ABŞ-dan da bu cür yardım istəyi sorğuları gəlib və bunları da imkanlarımız daxilində qarşılamağa (çalışmışıq)“, – o bildirib və qeyd edib ki, həmçinin Ermənistan və İsraildən də oxşar istəklər gəlib.

“Biz burada ölkə, bölgə fərqi əsla etmədik və etmərik də. Hətta siyasi əlaqələrimizdən asılı olmadan – əlaqələrimiz istər olsun, istərsə də olmasın. Bu, insanlıq məsələsidir, təcili haldır“, – o qeyd edib.

“Prezidentimiz həqiqətən də bütün insanlığın üzünü ağ edəcək insani mövqe sərgilədi və təlimat verdi ki, kimin nə ehtiyacı varsa, imkan və qabiliyyətlərimiz daxilində, bunları qarşılayaq. Bütün sistemdə buna əsasən işləyir. Həmd olsun, Türkiyə bu şəkildə hər kəsə göstərdi ki, qara gün dostudur“, – o bildirib.

DİQQƏT: XƏBƏRDƏN İSTİFADƏ ZAMANI “MUXBIR.TV”-YƏ İSTİNAD MÜTLƏQDİR!

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR