Slimfit
  1. DÜNYA

Türkiyəli rekordsmen Putin üçün piroq bişirəcək

Türkiyəli rekordsmen Putin üçün piroq bişirəcək
Sakura

Qənnadıçı börəyə içlik üçün brınza pendiri və ispanaqdan istifadə edəcəyini bildirib

Türkiyəli qənnadıçı Həsən Acar bildirib ki, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq bu gün Rusiya Prezidenti Vladimir Putin üçün ənənəvi türk piroqu (börək) bişirəcək. Sputnik Azərbaycan xəbər verir ki, Acar bu bərədə RİA Novosti-yə deyib. 

Qeyd edək ki, 2012-ci ildə qənnadıçı bişirdiyi ən böyük börək ilə Ginnesin Rekordlar Kitabına düşüb. Börəyin uzunluğunun 2023 metr olduğu bildirilir.

Acarın sözlərinə görə, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması çoxdan gözlənilən bir hadisə idi: "Bunun ölkəmizin milli təhlükəsizliyi, o cümlədən Türkiyə və Rusiya arasında əlaqələr üçün əhəmiyyətini başa düşərək mən də ölkələrimiz arasında münasibətlərin inkişafı naminə əlimdən gələn töhfəni vermək istəyirəm. Buna görə də səy göstərərək bu gün ənənəvi piroqumuz olan börəyi bişirib Kremlə, şəxsən Vladimir Putinə göndərəcəm".

Qənnadıçı börəyə içlik üçün brınza pendiri və ispanaqdan istifadə edəcəyini bildirib. Ümumi çəkisi dörd kiloqram olacaq bağlamanın Moskvaya beş günə çatacağı bildirilir. Börəyi bişirdikdən sonra 10 gün ərzində yemək olar.

Dünən "S-400"lərin Türkiyəyə tədarükü başlayıb. Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.

Moskva və Ankara "S-400" komplekslərinin tədarükünə dair müqaviləni 2017-ci ildə imzalayıblar. Sənədə əsasən, Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə tədarük edəcək.

 

"S-400 Triumf" və ya digər adı ilə "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit-raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri.

"S-400" hazırda mövcud olan hava hücumundan müdafiə sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Qeyd edək ki, ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR