Slimfit
  1. CƏMİYYƏT

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb
Sakura

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb

“Bakutel-2019” Yubiley Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur  naziri  Mehmet Cahit Turhan sərgi çərçivəsində xarici hökumət rəsmilərinin VİP turunda  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendlə tanış olub.

APA-nın məlumatına görə, türkiyəli nazir şəhidlərimizin övladlarını diqqətlə dinləyib. Mehmet Cahit Turhan şəhid övladının qarşısında əyilərək əlindən öpüb.   

Qeyd edək ki, türkiyəli nazir Mehmet Cahit Turhan “Bakutel-2019” 25-ci Yubiley Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir. Türkiyə İT şirkətləri beynəlxalq sərgidə milli pavilyonla təmsil olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR