Dərc edildi: Baxış sayı: 1541
Türkiyəli iş adamı Xocalıda uşaq bağçası tikdi
"Hayastan" ümumerməni fondu Azərbaycanın işğal olunmuş Xocalı rayonun Şuşakənd kəndində yeni uşaq bağçası tikib, istifadəyə verdi.
Vətəninfo.az xəbər verir ki, 90 uşağın təhsil alacağı uşaq bağçasının maliyə dəstəyi Türkiyədə yaşayan erməniəsilli Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu tərəfindən maliyələşdirilib. Baxça sentyabr ayından fəaliyyətə başlayacaq.
Layihə haqqında məlumat verən Türkiyəli iş adamı Griqor Şəmşiroğlu bunları deyib: "Bu bizim Qarabağa 5-ci, ya da 6-cı səfərimizdir. Buna qədər Daşaltı kəndində uşaq bağçası və məktəb tikintisi həyata keçirtmişik. Burada həyatın canlanması bizə güc verir. İndən belə də yeni layihələrin həyata keçməsinə dəstək olacağıq".
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət