Türkiyədən şok qanun: evlənməyən, uğağı olmayan vergi ödəyəcək
Türkiyənin Ədalət və İnkişaf Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın “evlənməyib evdə qalırlar” deyərək tənqid etdiyi gənclərə sanksiya tətbiq etməyə qərar verib.
Publika.az "kaparoz.com"a istinadən xəbər verir ki, bunun üçün xüsusi təklif hazırlanıb.
Qanun millət vəkilləri tərəfindən qəbul edilsə, 30 yaşdan sonra evlənməyənlər mərhələli şəkildə artan vergi sisteminə təhkim olunacaq.
Məsələ ilə bağlı açıqlama verən rəsmi prezidentin çox əhəmiyyətli məsələyə toxunduğunu deyib: “Elə bil, qanayan yaramızdır bu məsələ. Gənclərimiz gəzib-tozmaq xəyalında ikən evlənmək yadlarına düşmür. Yadlarına düşəndə isə iş işdən keçmiş olur. Evdə qalırlar. Evdə qalan insan isə həm ailəsinə, həm də topluma yükdür. Atsan, atılmaz, satsan, satılmazlar. Psixologiyaları da pozulur. Əşya, saxsı kimi nəyisə gözləyirlər. Onların çoxu tənbəl və işsizdir. İşləmədiklərinə görə, dövlətə də vergi vermirlər. Bu da bizim üçün ağır yükə çevrilir”.
Rəsmi eyni zamanda qeyd edib ki, evlənib uşaq sahibi olmayanlara da vergi tətbiq olunacaq: “Onsuz da, yaşınız keçib. Ombanız qazan kimi olub. “Üzümün sapı, armudun çöpü” deməyəcəksən. Bəyənən insana da gedəcəksən. Sən arxasınca düşmüsən, qardaşım? 30 yaşını keçən hər kəs evlənəcək, ya da vergisini ödəyəcək. Cütlüklər sevişir, amma buna rəğmən, uşaq olmursa, o zaman vergi tətbiq olunmayacaq. Ancaq onların bizi doğru şəkildə sevişdiklərinə inandırmaları şərtdir. Tez-tez sevişənlərdən də vergi alacağıq. Amma vətəndaşlarımızı heç nəyə məcbur etməyəcəyik. İstəyən qaydalara boyun əyəcək, istəməyən vergisini ödəyəcək. Nəticədə, ölkəmizdə demokratiya var”.
Qeyd edək ki, saytda dərc olunan yazı, xəbər və bu kimi materialların reallığı əks etdirmədiyi bildirilir. Buna baxmayaraq, xəbər Türkiyənin sosial platformasında geniş müzakirəyə çıxarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət