Slimfit
  1. DÜNYA

Türkiyədən Rusiyaya: Hücumların cavabını verəcəyik!

Türkiyədən Rusiyaya: Hücumların cavabını verəcəyik!
Sakura

Türkiyədən Rusiyaya: Hücumların cavabını verəcəyik!

17:46

Rusiya nümayəndə heyəti tezliklə Ankaraya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Rusiya nümayəndə heyəti Türkiyə tərəfi ilə İdlibdəki eskalasiyanı müzakirə edəcək.

Qeyd edək ki, bundan öncə Rusiya və Türkiyə hərbi mütəxəssisləri İdlibdə qətlə yetirilmişdilər.

***

Rusiya nümayəndə heyətinin Türkiyə Xarici İşlər Nazirliyindəki görüşü baş tutub.

Məlumata görə, tərəflər arasında görüş 3 saat davam edib.

Nümayəndə heyətinin türk rəsmilərlə apardığı müzakirə barədə hələlik mətbuata açıqlama verilməyib.

***

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi heyətin türkiyəli rəsmilərlə baş tutan görüşündə İdlibdəki son hadisələr və Rusiya ilə Türkiyə arasındakı koordinasiyanın gücləndirilməsi müzakirə edilib.

Türkiyə tərəfi atəşkəsin təmin edilməsi istəyini bir daha qeyd edərək onu da bilidirib ki, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki müşahidə nöqtələrinə və ya ünsürlərinə qarşı edilən hücumlara adekvat cavab veriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR