Türkiyədən olan avtomobil təmirçisi tullantı avtomobilləri yeniləyir
Türkiyə Ərzincanda sənaye sahəsində 26 ildir ata sənəti ilə məşğul olan avtomobil təmirçisi Metin Köksal tullantı halında olan köhnə klassik avtomobilləri uzun çalışmalardan sonra köhnə halına dönüşdürüb.
Metbuat.az “Posta.com”a istinadən xəbər verir ki, əsil işi avtomobil elektrikçiliyi olan evli və 3 uşaq atası Metin Köksal atelyesinə gətirdiyi avtomobilləri boltlarına qədər sökərək orginalları ilə dəyişdirib.
Atası Nusret Köksalın 1979-cu ildə aldığı, xalq arasında “çirkin ördək balası” olaraq tanınan 1964-cü il model “Citroen 2cv Döşova” markalı avtomobil ilə klassika həvəsinin başladığını deyib. Metin Köksal bu günə qədər 4-5 ədəd eyni markalı avtomobili orginal parçalar ilə təmir etdiyini bildirib. Təxminən iki il vaxt aparan bu iş 20 min manata başa gəlib.
İlk klassik avtomobil olan bu markadan tərsdən açılan qapısı ilə Türkiyədə sadəcə 3 ədəd var.
Tullantı olaraq zibilliklərdə çürüməyə buraxılmış avtomobillərin parçalarını toplamaq, maddiyyatın yanında zəhmətli və uzun bir prosesdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət