Türkiyədən Ərdoğan-Bayden görüşü barədə açıqlama
Prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası Türkiyə liderinin Romada ABŞ Prezidenti Cozef Baydenlə baş tutan görüşünü müsbət adlandırıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə administrasiyanın Tvitter səhifəsində qeyd olunub.
Bildirilib ki, müsbət atmosferdə keçən danışıqlarda ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.
“Liderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”, - məlumatda deyilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət