Dərc edildi: Baxış sayı: 490
Türkiyədən dünyaya İdlib mesajı: Vaxt bitdi...
Vaxt tamam olur. Qatil rejim (Əsəd rejimi) dinc əhaliyə və türk əsgərinə hücum etdi. Cavabını verdik və verməyə də davam edəcəyik. Artıq planlarımızı tətbiq edəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter səhifəsində yazıb.
“Rejim qüvvələrinin İdlibi boşaltmasına icazə verməyəcəyik. İdlib Rusiya ilə razılaşma nəticəsində atəşkəs bölgəsi elan edilib. Diplomatik və siyasi yollarla həllini tapmasaq, bu humanitar fəlakəti dayandırmaq üçün başqa yollara əl atacağıq”, - deyə Türkiyə rəsmisi qeyd edib.
Qeyd edək ki, son məlumatda İdlibdə 22 türk əsgərinin şəhid olduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət