Slimfit
  1. SİYASƏT

Türkiyədən çağırış: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”

Türkiyədən çağırış: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
Sakura

Türkiyədən çağırış: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”

Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz prezident və parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən APA-ya verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür:

“Bu addım beynəlxalq hüququn, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.

 

Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili sülh yolunu və eləcə də, davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür:

“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən, ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.

Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR