Türkiyədən 5500-ə yaxın suriyalı geri qaytarıldı
Avqustun 6-da İstanbulda keçirilən yolasalma mərasimindən sonra 117 suriyalı vətəninə qayıdıb.
Axar.az xəbər verir ki, hazırda Türkiyədə vətənlərinə qayıtmaq istəyən suriyalıların göndərilməsi işləri aparılır.
Bu barədə məlumat verən İstanbulun Əsənyurd bələdiyyəsinin sədri Kamal Dəniz Bozkurd yola salınanların aidiyyəti qurumlara müraciət edərək vətənlərinə qayıtmaq istədiklərini bildirən şəxslər olduğunu deyib. O, bu şəxslərin Türkiyə tərəfinin təsis etdiyi xüsusi ödənişsiz avtobuslarla sərhədə qədər aparılacaqlarını, oradan isə Qızıl Aypara Cəmiyyətinin köməyi ilə yaşadıqları bölgələrə çatdırılacaqlarını bildirib.
Qeyd edək ki, bundan əvvəl təşkil olunan daha bir mərasimdə 5 min 337 suriyalı vətəninə geri qaytarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət