Slimfit
  1. GÜNDƏM

Türkiyədəki Turan Dərnəyi: 'Səninləyik Azərbaycan!!!'

Türkiyədəki Turan Dərnəyi:  'Səninləyik Azərbaycan!!!'
Sakura

Türk dünyası üçün Azərbaycan candır.

Ens.az saytı bildirir ki, Ermənistan tərəfindən ölkəmizə qarşı son hücumlardan sonra Turan dərnəyi Cümhuriyyət meydanında toplanaraq  'Biz Səninləyik Azərbaycan!!!' bəyanatı verib.

 Qardaş ölkənin Kayseri şəhərində yerləşən  Cümhurihyyət Meydanında azərbaycanlı tələbələr və birliklərin, eləcə də  Turan Dərnəyinin üzvlərinin qatıldığı mətbuat konfransında, Turan Dərnəyinin sədri Əli İhsan Öztürk Ermənistanın Azərbaycana qarşı hücumlarını qınayıb.  Əli İhsan Öztürk, "Biz 7 dövlət, bir millətik.  Türk dünyası üçün Azərbaycan candır. Oradakı qardaşlarımızın ayağına tikan batsa, bunu ürəyimizdə hiss edərik. Azərbaycan tək deyil,  arxasında 350 milyonluq  Türk dünyası var. Ermənistan danışılmağa dəyməyəcək qədər kiçik, cılız bir ölkə olaraq  Türk dünyasının gündəmini məşğul etməyə çalışır "dedi.

 Öztürk, "  Dünyaya səslənirik. Biz Qardaşıq. Biz 350 milyonluq qardaşıq. Qarabağda şəhid olan və bu millət üçün can verən bütün şəhidlərimizi rəhmətlə anıram" dedi.

Mənbə: asasmedya.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR