Slimfit
  1. AZƏRBAYCAN

Türkiyədəki azərbaycanlılar Müstəqillik günü münasibətilə tədbir keçiriblər

Türkiyədəki azərbaycanlılar Müstəqillik günü münasibətilə tədbir keçiriblər
Sakura

Türkiyədəki azərbaycanlılar Müstəqillik günü münasibətilə tədbir keçiriblər

 

 Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Qardaş ölkədə yaşayan azərbaycanlılar Türkiyəni Avropa və Asiya qitəsi qovuşduran Bosfor boğazında (İstanbul) bir yerə toplaşıblar. Sonra Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş "Validə Sultan" gəmisi ilə Mərmərə dənizində iki saat müddətində səyahətə çıxıblar. Tədbir iştirakçıları Azərbaycan dövlət himnini oxuyub və ölkənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. 

Daha sonra Azərbaycanın tarixi keçmişindən, mədəni dəyərlərindən danışılıb və müxtəlif illərdə Türkiyəyə köç edən azərbaycanlılar babalarının xatirələrini bölüşüblər. 

Sonda Azərbacan milli musiqiləri səsləndirilib, rəqslər edilib.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR