Slimfit
  1. SİYASƏT

Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar

Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar
Sakura

Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar

İşğalçı Ermənistanın sentyabrın 27-də genişmiqyaslı hərbi təxribatı Türkiyədə yaşayan soydaşlarımızın və fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.

Ens.az xəbər verir ki,Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, diaspor təşkilatları bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: “Bazar gününü Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olması barədə xəbərlərlə açdıq. Bununla bağlı açıqlamalar Türkiyədə böyük hiddətə səbəb oldu. Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks hücuma keçmək barədə qərar qəbul etməsi bizi həyəcanlandırdı.

Türkiyədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları bu haqq işində Azərbaycanın yanındadır. Otuz ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Xocalıda yüzlərlə insanı qətlə yetirib. Biz Cənubi Qafqazda günahsız insanları qətlə yetirməyə qanlı möhür vuran, beynəlxalq hüquqa məhəl qoymayan, havadarlarından aldığı dəstəklə müharibə axtarışında olan Ermənistanın bu təxribatlarını sərt şəkildə qınayırıq”.

Bəyanatın müəllifləri hesab edirlər ki, Azərbaycana hücum və günahsız insanların qətlə yetirilməsi Ermənistanda siyasi və iqtisadi böhran səbəbindən oktyabrın 8-də Paşinyan hökumətinin istefası tələbi ilə keçirilməsi planlaşdırılan mitinqdən xalqı yayındırmağa xidmət edir. Bu hücum Paşinyan hökumətinin yol verdiyi iyrənclik nümunəsi kimi tarixdə qalacaq.

Sonda vurğulanıb ki, soydaşlarımız Türkiyənin dövlət orqanlarının hər bir məsələdə olduğu kimi, bu haqq işində də Azərbaycanın yanında olduğunu bəyan etməsini böyük minnətdarlıq hissi ilə qarşılayıblar. Bütün soydaşlarımız Azərbaycanın yanındadır. Səninləyik, Azərbaycan! Azərbaycanın dövlət başçısının dediyi kimi: “Şəhidlərimizin qanı yerdə qalmayacaq!”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR