Dərc edildi: Baxış sayı: 658
Türkiyədə zəlzələ baş verib
Türkiyənin Ordu bölgəsində 4,1 maqnitudasında zəlzələ baş verib.
“Milliyet” xəbər verir ki, zəlzələnin episentri yerin yeddi kilometr dərinliyinə təsadüf edib.
Qeyd etmək lazımdır ki, təbiət hadisəsi qonşu Giresun, Trabzon və Samsun bölgələrində də hiss edilib.
Xəsarət alan və dağıntılar haqqında məlumat yoxdur.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət