Slimfit
  1. DÜNYA

Türkiyədə yenidən küçəyə çıxmaq qadağan ediləcək: Bu dəfə öncədən xəbər verildi

Türkiyədə yenidən küçəyə çıxmaq qadağan ediləcək: Bu dəfə öncədən xəbər verildi
Sakura

Türkiyədə yenidən küçəyə çıxmaq qadağan ediləcək: Bu dəfə öncədən xəbər verildi

Bu həftə sonu Türkiyədə vətəndaşların küçəyə çıxmasına yenidən qadağa tətbiq ediləcək.

“Haber Global” xəbər verir ki, bununla bağlı ölkə başçısı Rəcəb Tayyip Ərdoğan açıqlama verib.

Nazirlər Kabinetinin toplantısından sonra mediaya brifinq verən ölkə başçısı qeyd edib ki, qadağa aprelin 17-si gecə saatlarından başlayacaq və aprelin 19-u bazar günü gecəyə kimi davam edəcək.

Ərdoğan həmçinin vurğulayıb ki, qadağa ilə bağlı əvvəlcədən xəbərdarlıq edir və əgər zərurət yaransa, bu qadağa növbəti həftələrdə də davam edəcək.

Qeyd edək ki, ötən həftə sonu da ölkənin 31 vilayətində küçəyə çıxmaq qadağan edilmiş, qərar son anda açıqlandığı üçün əhali arasında təşviş və kütləvi qarışıqlığa səbəb olmuşdu.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR