Dərc edildi: Baxış sayı: 518
Türkiyədə “Xocalıya Ədalət həftəsi” keçiriləcək
Türkiyənin İstanbul şəhərində "Xocalıya Ədalət həftəsi" keçiriləcək. MM-dən "Olaylar"a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq. Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq, Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək. Tədbir fevralın 27-dək davam edəcək, Milli Məcisin deputatları tədbirdə təmsil olunacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət