Türkiyədə xalqdan tibb işçilərinə mənəvi dəstək: Bütün ölkə eyni vaxtda alqışladı
Koronavirus səbəbindən bir çox ölkələrdə Fövqəladə Hal vəziyyəti tətbiq olunur və insanlar könüllü və ya icbari şəkildə evlərinə çəkilərək izolyasiya olunurlar.
Bununla belə səhiyyə işçiləri 24 saat vəzifə başında olub xalqa xidmət edirlər.
“Haber Global”ın xəbərinə görə, Avropada xalq səhiyyə işçilərinə alqışlarla mənəvi dəstək verir. Bu kimi hallar artıq gündəlik ənənə halını alıb. Hər axşam, saat 8-də Avropanın dörd bir tərəfindən insanlar balkonlardan və ya pəncərələrdən səhiyyə işçilərini alqışlayırlar.
Bununla bağlı Türkiyədə də əhali tibb işçilərinə dəstək olmaq üçün alqışa kampaniyasına qoşulublar. Yerli vaxtla saat 21:00-da balkon və pəncələrdən alqış tutan xalq həkimlərə dəstəklərini nümayiş etdiriblər.
Sözügedən aksiyaya Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Səhiyyə naziri Fahrettin Koca da dəstək olublar.
Qeyd edək ki, Azərbaycanda da səhiyyə işçiləri 24 saat koronavirusla mübarizə aparmaq üçün səfərbər olublar. Bu kimi kampaniyalarla bizim bizim əhalimiz də tibb işçilərimizə dəstək ola bilərlər.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət