Dərc edildi: Baxış sayı: 616
Türkiyədə üzən otel fəaliyyət göstərəcək
Türkiyənin Van gölündə fəaliyyət göstərməsi nəzərdə tutulan üzən otelin qurulmasına dair layihə təsdiq edilib.
Ens.az Avropa.info-a istinadən xəbər verir ki, layihə Van vilayətinin Edremit rayon bələdiyyəsinə aiddir. Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi layihəni təsdiq edib. Layihəyə görə, üç mərtəbəli gəmi-otelin tikintisinə iki milyon türk lirəsi (təxminən 300 min ABŞ dolları) vəsait ayrılacaq. Bildirilir ki, gəmi-oteldə otelçilik və turizmçilik sahəsinin mütəxəssisləri müştərilərə birgə xidmət edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət