Dərc edildi: Baxış sayı: 493
Türkiyədə Uşaqların market və bazarlara girişi qadağan edildi
Türkiyənin paytaxtı Ankarada uşaqların market və bazarlara girişinə qadağa qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.
Bildirilib ki, qadağanın məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.
Xatırladaq ki, Türkiyədə koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötüb. Bunlardan cəmi 70-i sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət