Dərc edildi: Baxış sayı: 909
Türkiyədə təşkil olunan badam çiçəyi festivalı böyük maraqla qarşılanıb
Türkiyənin Muğla vilayətinin Datça rayonunda keçirilən 2-ci badam çiçəyi festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Datça icra hakimiyyəti və bu rayonun bələdiyyəsi ilə Muğla Ticarət və Sənaye Palatası (MUTSO) tərəfindən birgə təşkil olunan festival üç gün davam edib.
Festivalın məqsədi bölgənin təbii gözəlliyini, o cümlədən badam bağlarını və göz oxşayan parkları, həmçinin badamçılıqdan əldə olunan məhsulları tanıtmaqdır. Bildirilir ki, builki festivala Türkiyənin İzmir, Manisa, Aydın, Dənizli, Uşak, Burdur, İsparta və Antalyadan gələn ziyarətçilərin sayı 50 mindən çox olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət