Dərc edildi: Baxış sayı: 625
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Ens.az APA-nın yerli bürosunun xəbərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.
Qeyd edək ki, Giresunun Dereli rayonunda avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət