Slimfit
  1. DÜNYA

Türkiyədə məktub qalmaqalı səngimir: “Arxivdə saxlamaq olmaz…” – Keçmiş baş nazir

Türkiyədə məktub qalmaqalı səngimir: “Arxivdə saxlamaq olmaz…” – Keçmiş baş nazir
Sakura

Türkiyədə məktub qalmaqalı səngimir: “Arxivdə saxlamaq olmaz…” – Keçmiş baş nazir

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu ABŞ Prezidenti Donald Trampın türk həmkarı Rəcəb Tayyib Ərdoğana təhqiramiz məktubundan danışıb.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir sözügedən məktubun geri qaytarılmalı olduğunu deyib.

ABŞ prezidentinin bu addımının qəbuledilməz sayan Davudoğlu qeyd edib:

“Bu məktub ABŞ-a geri qaytarılmalı və dövlət qeydiyyatından çıxarılmalıdır. Heç bir səbəb bu məktubun dövlət arxivində qalmasına legitimlik qazandıra bilməz.

Suriyada keçirilən əməliyyat Trampa dərs vermək üçün deyil, Türkiyənin qayğıları üçün keçirilir. ABŞ-a müraciət edilərək, bu məktubun geri alınması tələb olunmalıdır”.

Donald Tramp bir neçə gün əvvəl həmkarına göndərdiyi məktubda onu “axmaq” adlandıraraq, Türkiyə iqtisadiyyatını yox etməklə təhdid etmişdi.

Məktub tərəflər arasında diplomatik gərginliyə səbəb olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR