Dərc edildi: Baxış sayı: 478
Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O qeyd edib ki, son bir gündə koronavirusdan 23 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 222 nəfərə çatıb.
Ölkədə daha 972 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son bir gündə 1 092 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 113 987 nəfərə çatıb.
Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət