Dərc edildi: Baxış sayı: 404
Türkiyədə koronavirusdan daha 41 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 41 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 42 236 şübhəli koronavirus testindən keçib, onlardan 1610-nun cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4096 nəfər ölüb, 148 067 nəfər bu infeksiyaya yoluxub, 108 137 nəfəri isə müalicə olunub. Bu gün daha 2004 xəstə evə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət