Dərc edildi: Baxış sayı: 594
Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü
Bu gün Türkiyədə koronavirusdan 19 nəfər ölüb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 711 nəfərə çatıb.
Son sutkada ölkədə COVID-19-a 989 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 171 121 nəfər təşkil edir.
Gün ərzində 3 411 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 141 380 nəfərə yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət