Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə klassik avtomobil həvəskarları bir araya gəldi

Türkiyədə klassik avtomobil həvəskarları bir araya gəldi
Sakura

Türkiyənin dörd bir tərəfindən klassik avtomobil həvəskarları Kayseridəki festivalda bir araya gəldi.

Türkiyənin dörd bir tərəfindən klassik avtomobil həvəskarları Kayseridəki festivalda bir araya gəldi.

Kayseri Melikqazi Bələdiyyəsi və Erciyes Klassik Avtomobilçilər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən festivala, başda İstanbul, Ankara, İzmir və Adana olmaqla, Türkiyənin bir çox şəhərindən 150-dən çox klassik avtomobil sahibi qatıldı.

Festivalın bağlanış mərasimində çıxış edən Erciyes Klassik Avtomobilçilər Dərnəyinin sədri Kamal Nakipoğlu tədbirə gələn hər kəsin ortaq nöqtəsinin klassik avtomobil olduğunu vurğulayaraq deyib: “Festival insanları nostalji səfərə çıxardı. Tədbirdə yalnız Kayseri deyil, hər şəhərdən iştirakın olması bizi sevindirdi. Klassik avtomobil çox bahalı bir maraq sahəsidir. Bir klassik maşını bərpa etdirmək 40-50 min lirəyə başa gəlir. İstifadəsiz köhnə maşınları insanların heyranlıqla baxdığı gözəl avtomobillər halına gətiririk və onları yalnız öz qarajımızda saxlamaq istəmir, hər kəsin görməsini istəyirik. Əvvəlki dövrlərin maşın zövqünü, məncə, hər kəs dadmalıdır."

Festival “Ayna” qrupunun konsertiylə sona çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR