Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə keçirilən toylarda yoxlama-nəzarət tətbiq olunacaq

Türkiyədə keçirilən toylarda yoxlama-nəzarət tətbiq olunacaq
Sakura

Türkiyədə keçirilən toylarda yoxlama-nəzarət tətbiq olunacaq

Türkiyədə keçirilən toy, nişan və nikah məclislərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yoxlama-nəzarət aparılacaq.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin bütün valiliklərinə bununla bağlı təlimat göndərib. Təlimatda bildirilir ki, yoxlama-nəzarət tədbirlərində məqsəd koronavirusla əlaqədar sosial həyat üçün müəyyən edilən məhdudiyyətlərə necə əməl olunmasını öyrənməkdir. Yoxlama-nəzarətlərin nəticələrinə uyğun olaraq məhdudiyyətlərlə bağlı təkliflər hazırlanacaq.

Qeyd edək ki, hazırda Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla ümumilikdə 83 yaşayış məntəqəsi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Ekspertlər gündəlik aşkar edilən yoluxma sayındakı artımı kütləvi tədbirlərdə qaydalara əməl edilməməsi ilə əlaqələndirirlər. O cümlədən yallı tutmaq xəstəliyin əsas yayılma mənbələrindən hesab edilir. Risklərin çox olduğunu nəzərə alaraq, bəzi şəhərlərdə əsgərlərin yolasalma mərasimlərinin keçirilməsinə də qadağalar qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR