Dərc edildi: Baxış sayı: 562
Türkiyədə kafe və restoranların iş saatına tətbiq olunan qadağa ləğv edildi
Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq sərəncamına əsasən, ölkənin 81 vilayətində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
“HaberGlobal” məlumat verir ki, nazirliyin sərəncamına əsasən, ölkədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.
Qərar iyul ayının 21-dən qüvvəyə minib.
Sərəncamda pandemiya ilə əlaqədar qəbul olunan ümumi təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət