Dərc edildi: Baxış sayı: 689
Türkiyədə it-robot icad edilib
Türkiyənin Konya vilayətində "Arat" adlı it-robot icad edilib.
Trend-in məlumatına görə, çəkisi 30 kiloqram olan robot "Akınsoft" şirkəti tərəfindən hazırlanıb. Gələcək iki il ərzində seriyalı istehsalı planlaşdırılan robotun üzərində 30 mühəndis çalışır.
Qeyd edək ki, 2018-ci ildə Türkiyədə balıq-robot icad edilib. Balıq-robotun düzəldilməsinə 360 min lirə xərclənib. Həmin robot sualtı müşahidələr aparmağa qadirdi və adi balıqdan seçilmir.
Növbəti illərdə Türkiyədə robotların yeni növlərinin yaradılması nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət