Slimfit
  1. DÜNYA

Türkiyədə ilk zavod işə düşdü - Ərdoğan açılış etdi

Türkiyədə ilk zavod işə düşdü - Ərdoğan açılış etdi
Sakura

Türkiyədə ilk zavod işə düşdü - Ərdoğan açılış etdi

Türkiyənin paytaxtı Ankara şəhərinin Sincan rayonunda yerləşən sənaye parkında “Kaylon” şirkəti tərəfindən qurulan “Kaylon günəş texnologiyaları” fabrikinin açılışı olub.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, fabrikin açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli imkanlar, o cümlədən türkiyəli kadrlar tərəfindən qurulan fabrikin ölkənin sosial-iqtisadi həyatında oynayacağı rolu yüksək dəyərləndirib. Dövlət başçısı diqqətə çatdırıb ki, başlıca məqsəd ölkənin enerji təhlükəsizliyini təmin etməkdir.

Açılış mərasimində Kalyon şirkətinin rəhbəri Camal Kalyoncu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez yeni qurulan fabrikin yüksək texniki göstəricilərindən danışıblar. Vurğulanıb ki, günəş batareyalarının istehsalı alternativ enerji mənbələrindən səmərəli istifadəyə şərait yaratdığı kimi atmosferin çirklənməsinin də qarşısını alacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR