Dərc edildi: Baxış sayı: 393
Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra 1553 hərbçi işdən azad edilib
Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra milli müdafiə nazirinin göstərişi ilə Silahlı Qüvvələrin 1553 əməkdaşı işdən azad edilib. Bundan başqa, təqaüddə olan 151 hərbçinin rütbəsi geri alınıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri terrorizmə qarşı mübarizəni davam etdirir. Ölkənin Milli Müdafiə Nazirliyinə bağlı bütün qurumların əməkdaşlarının FETÖ terror təşkilatı ilə əlaqəsi barədə geniş araşdırma aparılır. İndiyədək aparılan araşdırmalar nəticəsində Quru Qoşunlarında 879, Hərbi Dəniz Qüvvələrində 242, Hərbi Hava Qüvvələrində isə 432 nəfər işdən azad olunub.
Araşdırmalar davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət