Slimfit
  1. DÜNYA

Türkiyədə fantastik büdcəli hind toyu baş tutdu

Türkiyədə fantastik büdcəli hind toyu baş tutdu
Sakura

Türkiyədə fantastik büdcəli hind toyu baş tutdu

Türkiyədə bu günə qədər olan ən yüksək büdcəli hind toyu baş tutub.

Kult.az xəbər verir ki, Türkiyənin Bələk turizm mərkəzində 3 gün, 3 gecə davam edən toyda Hindistanın sement sektorunda çalışan Ahluvalia və Kaitan ailələrinin övladları evlənib.

Türkiyədə hind toylarının təşkilatçısı olan Bünyad Özpak sözügedən toy üçün 1 il hazırlıq işləri görüldüyünü bildirib. O, hind ailəsi ilə razılaşmasına görə toyun büdcəsini açıqlamayıb:

“Toydan əvvəl 10 ay avia şirkətlər, otellər, tədarükçülərimizlə davamlı işlədik. Toyda 650 qonaq, 100 aşpaz, 450 nəfərlik əcnəbi komanda, 250 xidmətçi iştirak edib. Bu toyun əsas xüsusiyyəti isə Türkiyədə bu vaxta qədər keçirilən ən bahalı hind toyu olmasıdır”.

Qeyd edək ki, Hindistanın zəngin ailələri tez-tez Türkiyənin istirahət bölgələrində dəbdəbəli toy mərasimləri keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR