Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə biznes qursanız ,sizə hansı güzəştlər ediləcək?

Türkiyədə biznes qursanız ,sizə hansı güzəştlər ediləcək?
Sakura

Türkiyədə biznes qursanız ,sizə hansı güzəştlər ediləcək?

Fins.az xarici ölkələrin vergi sistemi və sahibkarlara tətbiq etdiyi vergi güzəştləri eyni zamanda sözügedən xarici ölkədə biznes perspektivini araşdırıb.Yəqin ki,bir çoxlarına qardaş Türkiyədə biznes qurmaq, vergi inzibatçılığı, vergi sisteminin üstünlükləri maraqlıdır.İqtisadçı ekspert Rauf Qarayev Türkiyənin vergi sistemi və sahibkarlıq fəliyyətinin üstün imkanları barədə fikirlərini bölüşərək bildib ki," Türkiyədə müəssisələrin mənfəətindən tutulan vergi regionda ən əlverişli vergi hesab olunur. Bu vergi növü ilə bağlı qanun qəbul ediləndən sonra vergi sistemi özünün şəffaflığı, obyektivliyi və beynəlxalq standartlara cavab verməsi ilə xeyli fərqli bir anlam daşımağa başlayıb. Türkiyənin vergi qanunvericiliyini üç əsas kateqoriya üzrə təsnifləşdirmək olar: Gəlir vergisi Türkiyə qanunvericiliyi iki əsas gəlir vergisi növünü nəzərdə tutur: fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan vergi. Fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan verginin müxtəlif qanunlarla tənzimlənməsinə baxmayaraq, fərdi gəlir vergisi ilə bağlı bir çox qaydalar və müddəalar müəssisələrə də tətbiq oluna bilər, xüsusilə də gəlirlərin və təmiz gəlirlərin müəyyən edilməsi ilə bağlı hissələr. Misal üçün siz Türkiyədə ayaqqabı dükanı açmaq istəyirsinizsə bunun üçün çoxlu ayaqqabı satan az rəqabətli olan mağaza tapmalısınız. Tapdıqdan sonra yerli bələdiyyədən lisenziya almalısınız. Çox sadə üsuldur. 31.12.2023-cü ilə kimi bütün vergilərdən azaddır. Yəni biznes quran şəxs vergi vermir. Yalnız öz biznesin qurmaqla şərait yaradılır. Dövlət bunun üçün şərait yaradır. Ümimiyyətlə Türkiyədə istənilən şəxs iş açmaq istəyirsə və onun ideya xətti varsa, dövlət ona hər cür vasitədə tam maya dəyərini çıxına kimi köməklik edir. Sonrada vergi biznesmen dövlət əgər avadanlıqla təmin edibsə, onun vəsaitini hissə-hissə qaytarmağa şərait yaradır. Onlarda bizdən fərqli olaraq institutlar fəaliyyətdədir. Təhlil edilib sonra qanun qəbul edilir. Əgər şəxs sahibkar kimi fəaliyyət göstərmək istəyirsə bu halda xüsusi elektron sahibkar deyilən sayt mövcuddur. Bu saytda suallar mövcuddur. Suallara baxaraq nə iş qurmaq istəyirsinizi seçirsiniz. Vergi ödəyicisinin qeydiyyatı 2 formada aparılır . A) Əgər siz şəxsi olaraq biznes faəliyyətiniz varsa bu halda real qeydiyyat olmalıdır. Əgər sizin öz iş yeriniz varsa, sizin qeydiyyatınız oranın ünvanı olaraq təstiq olunacaq. Olmadıqda şəxsiyyət vəsiqəsi ilə yerli vergi orqanına müraciət etmək lazımdır. B) Cavabdeh hüquqi şəsinn qeyd: Şirkət olaraq biznesinizi apardıqda hüquqi şəxs kimi qeydiyyatdan keçməlisiniz. Keçdiyiniz halda vergi orqanına bu barədə məlumat ötürülür. Digər addımlarda mövcuddur"

           Müəllif:Aynur Qəniyeva

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR