Dərc edildi: Baxış sayı: 518
Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.
Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nın nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 827 nəfərə çatıb, 162 nəfər isə xəstəlikdən sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət