Slimfit
  1. DÜNYA

Türkiyədə bir gündə koronavirusdan 44 nəfər vəfat edib - STATİSTİKA

Türkiyədə bir gündə koronavirusdan 44 nəfər vəfat edib - STATİSTİKA
Sakura

Türkiyədə bir gündə koronavirusdan 44 nəfər vəfat edib - STATİSTİKA

Bu gün Türkiyədə koronavirusa daha 1 368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında xəbər verib.

Nazir bildirib ki, son bir gündə COVID-19-dan 44 nəfər vəfat edib. Beləliklə, pandemiya ərzində ölkədə virusdan ölənlərin sayı 4 140 nəfər təşkil edir. 

Türkiyədə virusa yoluxmuş daha 1 825 nəfər sağalaraq evə buraxılıb. Bununla da virusdan sağalanların ümumi sayı 109 962 nəfərə çatıb. Son bir gündə koronavirusla bağlı 35 369 test aparılıb. Beləcə, ölkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb.  

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR