Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır

Türkiyədə anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır
Sakura

Türkiyədə anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır

Türkiyədə anti-Amerika əhval-ruhiyyəsi artmaqdadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin çökməsinə görə Vaşingtonu ittiham edib. İki ölkə arasında diplomatik mübahisə Türkiyədə iqtisadi böhrana və ölkənin milli valyutası olan lirənin rekord aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb.

İstanbul küçələrin birində satıcı deyib ki, biz Amerikanı diz çökməyə məcbur edəcəyik. O, kamera önündə dollarları yandırıb.

Sosial mediada yayılan videoların birində bir şəxsin İphone telefonunu çəkiclə sındırdığı görünür.

Ərdoğan İPhone-lar və Amerikanın digər texnologiyalarının boykotuna çağırıb.

“Onların iPhon-ları var, başqa hər yerdə də Samsung var. Bizim öz ölkəmizdə isə Vestel var”, deyə Ərdoğan bildirib.

O, valyutanın möhkəmlənməsi üçün vətəndaşları ABŞ dollarlarını lirəyə dəyişməyə çağırıb.

Türkiyə lirəsi bu il 40 fazi dəyər itirib. Keçən həftənin cümə günü lirə 16 faiz dəyər itirib, bazar ertəsi isə daha 7 faiz düşərək, bir dollar üçün 6.9 nisbətində olub. Çərşənbə axşamı günü lirə bir qədər sabitləşərək 5 faiz qalxıb.

Lirə ABŞ prezidenti Donald Trampın Türkiyədən gələn metala tarifləri ikiqat artırmasının ardınca dəyər itirib.

ABŞ-Türkiyə arasında münasibətlər Türkiyə rəsmilərinin amerikalı keşiş Endrü Bransonu azad etməməsi ilə əlaqədar gərginləşib. Branson hazırda Türkiyədə "terrorizm" ittihamları ilə ev dustaqlığında saxlanılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR