Slimfit
  1. DÜNYA

Türkiyədə Akkuyu AES-in birinci bloku gələn il işə salınacaq - Putin

Türkiyədə Akkuyu AES-in birinci bloku gələn il işə salınacaq - Putin
Sakura

Türkiyədə Akkuyu AES-in birinci bloku gələn il işə salınacaq - Putin

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci blokunun 2024-cü ildə işə salınacağı gözlənilir.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkənin bu sahədə əməkdaşlığın inkişafı üçün perspektivləri mövcuddur.

"Akkuyu AES-in tikintisi davam edir, Rusiyanın atom yanacağının Akkuyu AES-ə birinci partiyasının tədarükündən sonra Türkiyə artıq sözün əsl mənasında beynəlxalq nüvə dövlətləri klubunun üzvü oldu. Hər şey plan üzrə davam edərsə, gələn il birinci bloku işə salacağıq. Burada əməkdaşlığımızın davamının maraqlı mümkün variantları var", - Rusiya prezidenti deyib.

Qeyd edək ki, Akkuyu AES-in tikintisi Rusiya ilə Türkiyə arasında 12 may 2010-cu ildə imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.

Məlumata görə, iki ölkə liderinin müzakirəsinin əsas mövzusunu təhlükəsizlik məsələləri ilə yanaşı taxıl sazişinin bərpası təşkil edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR