Dərc edildi: Baxış sayı: 756
Türkiyədə 4,6 bal gücündə zəlzələ olub
Bu gün Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın dəniz sahilində Rixter şkalası üzrə 4,6 maqnitudada zəlzələ olub.
Ens.az APA-nın yerli bürosununa istinadən xəbər verir ki, Aralıq dənizi sahilində yerli vaxtla saat 08.54-də yerin 7,4 kilometr dərinliyində baş verən zəlzələ Datçanın Yazıköy, Yakaköy, Sındı, Cumali və Mesudiye məhəllələrində hiss edilib.
Yerli vaxtla 09.38-də isə eyni ərazidə 3,5 maqnitudada zəlzələ təkan olub.
Qeyd edək ki, dünən Şərqi Aralıq dənizində Krit adasının cənubunda 6,4 bal gücündə olub. Təkanlar Türkiyə, Yunanıstan, Liviya və Misirin bəzi ərazilərində hiss olunub. Onun ardınca isə eyni ərazidə ard-arda 14 təkan qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət